Azərbaycanın gənc futbolçusu Portuqaliya klubunda

Azərbaycanın gənc futbolçusu Portuqaliya klubunda

Azərbaycan millisinin futbolçusu Elnur Cəfərov karyerasını Portuqaliyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi “Tondela” klubu ilə anlaşıb.

“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra uzun müddət klubsuz qalan 19 yaşlı oyunçunun İspaniya təmsilçisi “Ovyedo”ya keçidi gözlənilirdi. Çünki tərəflər arasında danışıqlar olmuş və yalnız müqavilə bağlamaq qalmışdı.

Lakin Cəfərov fikrini dəyişərək digər Piriney ölkəsi olan Portuqaliyaya köçməyi məqsədəuyğun bilib. Yüksək liqa klubu bu transferi rəsmi saytı vasitəsilə də bəyan edib. Yığmamızın üzvü yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib. “Tondela” Cəfərovun yay fasiləsində 10-cu transferi olduğunu vurğulayıb.

Qeyd edək ki, “Tondela” ötən mövsüm Portuqaliya çempionatında 18 komanda arasında 16-cı yeri tutmuş və elitada yerini son anda qorumuşdu.

0
13