Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı - FOTO

Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı - FOTO

Ətrafdakı insanlar avtomobilin evakuatora qaldırılmasını həvəslə lentə alıblar.

Ukraynanın Odessa şəhərində iyulun 6-na keçən gecə azərbaycanlıya məxsus qızılı rəngdə “Galendewagen” markalı avtomobili düzgün park edilmədiyinə görə evakuatorla cərimə meydançasına aparılıb.

Bu barədə Oxu.Az Virtualaz.orgnəşrinə istinadən xəbər verir.

048.ua portalının yazdığına görə Azərbaycandan gələn qonaqlar avtomobili Odessanın Arkadii prospektində düzgün park etməyiblər. Ətrafdakılar ərəb şeyxlərinin maşınlarını xatırladan qızılı “Galendewagen”in evakuatora qaldırılmasını həvəslə lentə alıblar.

Sosial şəbəkələrdə avtomobilin cərimə meydançasına salınması barədə qərar verən polisin adı da açıqlanıb.

“Bu, yol patrul polisi Vladdır. O, “Qalik”i avtobus dayanacağında park edildiyi üçün evakuatorla cərimə meydançasına göndərdi. Bundan sonra mən dəyişikliklərə inandım. Ümid edirəm ki, sabah Vladı işdən çıxarmayacaqlar” - Twitter istifadəçilərindən biri avtomobilin fotolarını paylaşaraq yazıb.

0
10