Bakıda avtomobildən 26 min manat oğurlandı

Bakıda avtomobildən 26 min manat oğurlandı

Faktla bağlı cinayət işi açılıb.

Bakının Nərimanov rayonunda əmlakı qəsdən zədələmə yolu ilə oğurluq olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Təbriz küçəsində Bakı şəhər sakini 36 yaşlı Allahverdi Zamanova məxsus “Fiat” markalı avtomobilin şüşəsini sındırmaqla içərisində 26 116 manat olan çanta oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 186.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 177.2.4 (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

0
23