Ramil Şeydayev “Spartak”a keçir

Ramil Şeydayev “Spartak”a keçir

“Zenit”lə müqaviləsi başa çatan və yeni anlaşma imzalamayaraq klubdan ayrılan Ramil Şeydayevin növbəti komandası paytaxt təmsilçisi ola bilər.

Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, azərbaycanlı futbolçu “Spartak”la danışıqlar aparır.

“Sport Ekspress” nəşri iddia edir ki, 20 yaşlı hücumçu yaxın günlərdə “ağ-qırmızılar”la müqavilə imzalayacaq.

Qeyd edək ki, “Zenit”in aşağı yaş qruplarında futbola başlayan Şeydayev ilk dəfə 2014–cü ilin oktyabr ayında əsas komanda ilə oyuna çıxıb. O, Sankt-Peterburq komandasının əsas heyətində cəmi 5 matçda forma geyinib.

0
33