Azərbaycanla Aİ arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib

Azərbaycanla Aİ arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib

Sənədin lehinə 577 nəfər səs verib.

Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi üzrə sənəd qəbul olunub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, sənəd bu gün Strasburqda keçirilmiş Avropa Parlamentinin (AP) plenar iclasında 577 lehinə, 67 əleyhinə və 51 bitərəf olmaqla təsdiq olunub.

Sənəd “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu” adlanır.

0
12