ŞOK HÖKM: ulduz futbolçu 21 ay azadlıqdan məhrum edildi

ŞOK HÖKM: ulduz futbolçu 21 ay azadlıqdan məhrum edildi

"Barselona" klubunun və dünya futbolunun argentinalı ulduzu Lionel Messi barədə şok məhkəmə qərarı çıxarılıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İspaniya məhkəməsi 3 fərqli əməlinə görə təqsirli bilinən Messi və atası Jorge Horacio barəsində həbs qərarı elan edib.

Messi və atası barədə 2013-cü ildə açılmış vergi dələduzluğu işi ilə bağlı məhkəmənin yekun qərarına görə Messi və atası 21 ay 15 gün azadlıqdan məhrumetmə cəzası alıb.

  Bununla belə, İspaniya qanunlarına görə 2 ildən az həbs cəzası alan şəxs həbsxanaya salınmır. Messi və atası da qanundakı məhz bu məqamdan yararlanacaq.  
0
17