Azərbaycanla sərhəddə erməni çoban yoxa çıxıb

Azərbaycanla sərhəddə erməni çoban yoxa çıxıb

Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb.

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində çoban itkin düşüb.

Oxu.Az-ın erməni KİV-əistinadən verdiyi məlumata görə, 37 yaşlı Aknaxpur kənd sakininin itkin düşməsi barədə xəbəri Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb.

İyunun 6-da gecə nazirliyin xilasetmə xidmətinə həmin şəxsin qoyunları otarmağa apardığı və geri qayıtmadığı barədə məlumat daxil olub.

Axtarış işləri səhər saat 04:24 radələrində başlayıb.

Erməni çobanın Azərbaycan tərəfə keçdiyi haqda ehtimal hələlik irəli sürülmür.

0
24