“BlackBerry” bu il iki yeni smartfon istehsal edəcək

“BlackBerry” bu il iki yeni smartfon istehsal edəcək

Kanadanın "BlackBerry" şirkəti 2016-cı ildə iki yeni smartfon istehsal etmək niyyətindədir.

İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bu barədə şirkətin baş direktoru Con Çen bildirib.

Bazardakı vəziyyəti stabilləşdirmək məqsədilə "BlackBerry" üçün yeni məhsullar tələb olunur. Yeni smartfonlar "Android" əməliyyat sistemində çalışacaq. Onlar "BlackBerry Priv" modelindən asılı olaraq, orta qiymət spektrinə daxil ediləcək. Bu smartfonların qiyməti isə təxminən 300-400 dollar təşkil edəcək.

Bəzi məlumatlara görə, "BlackBerry"nin yeni smartfonları "Hamburg" və "Rome" adları altında tərtib edilir. "Hamburg" modelinin fiziki klaviaturası olmayacaq. Cihazın payız aylarında bazara çıxarılması gözlənilir.

0
20