(R) Beton kimi sement - AZBETON!

(R) Beton kimi sement - AZBETON!

“LAÇIN-1” şirkəti  2004-cü ilin sentyabr ayında sement istehsalı sahəsində yetkin təcrübəsi olan şəxslər tərəfindən yaradılmışdır. İlkin olaraq müəssisə “LAÇIN-1 FİRMASI” adıyla fəaliyyət göstərmişdir.

“LAÇIN-1” şirkəti bazara normal ilkin möhkəmliyə malik portland və pusolanlı ( 52.5, 42.5 və 32.5 markalı) sement  təqdim edir. Əsas məqsəd müştəriləri  standartlara uyğun, yüksək keyfiyyətli sementlə təmin etməkdir.

Müəssisənin məhsulları bazara  AZBETON, BETONAZ, ORLAND və QARADAĞ L1 adı ilə təqdim olunur. Müəssisənin əsas fəaliyyətlərindən biri də beton zavodlar üçün yüksək keyfiyyətli qalaq sement istehsalıdır. Daimi olaraq çəkinin və  keyfiyyətin yüksək səviyyədə, bir qaydada saxlanması üçün, müəssisədə avtomatlaşdırılmış istehsalat sistemi, qablaşdırılma sistemi və laboratoriya qurulmuşdur.

“Laçın-1” firmasının istehsal etdiyi sement məhsullarına, o cümlədən həmin məhsullar sırasında mühüm payı olan “AZBETON” sementinə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən uyğunluq sertifikatı verilmişdir. Bununla yanaşı, firmanın istehsal etdiyi “AZBETON” sementinə  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq əmtəə nişanı (№ 002328) verilmişdir.

“LAÇIN-1” şirkəti məhsullarının  keyfiyyətinə zəmanət verir və istehsal etdiyi məhsulların keyfiyyəti ilə əlaqəli hər hansı təklif, irad və şıkayətlərə açıqdır.  Hər hansı müştəri narazılığı  olarsa dərhal müştəri ilə görüşülür, məhsula yerində baxış keçirilir, nümunələr götürülərək analiz edilir, nəticələrə dair məlumatlar müştəriyə yazılı şəkildə bildirilir. Çevik komandamızın işgüzarlığı  nəticəsində problem vaxtında və obyektiv həllini tapır. Müəssisənin strategiyasında müştəri məmnuniyyəti əsas götürülmüşdür.

Müəssisənin əməkdaşları ölkədə milli istehsalçıların təşəkkülü üçün yaradılan iqtisadi şəraitdən bəhrələnərək yerli istehsalın inkişafına öz töhfələrini vermək imkanı əldə etdiklərindən qurur duyurlar.

0
56