AÇ-2016: ilk finalçı bəlli olur: Ronaldo, yoxsa Beyl?

AÇ-2016: ilk finalçı bəlli olur: Ronaldo, yoxsa Beyl?

Bu gün Avropa çempionatında ilk finalçı bəll olacaq. Apasport.az saytının məlumatına görə, ilk yarımfinal oyununda Portuqaliya və Uels milliləri qarşılaşacaqlar.

Turnirin ən böyük sürprizlərindən biri olan Uels millisinin bura qədər gəlib çıxması futbol ictimaiyyəti tərəfindən gözlənilən deyildi. Ancaq britaniyalılar ulduz oyunçuları Remzi və Beyllə birlikdə önlərinə çıxan rəqibləri bir-bir kənarlaşdıra biliblər. Finala isə sadəcə bir addım qalıb.

Portuqaliya millisi isə çempionat boyunca keçirdiyi heç bir oyunun əsas vaxtında qələbə qazana bilməyib. Maraqlıdır ki, Ronaldo və komanda yoldaşları məğlubiyyət acısı da yaşamayıb.

İki komanda bu vaxta qədər 3 oyunda qarşılaşıblar. Hər üç matç yoldaşlıq görüşü olub və iki qarşılaşmadan Portuqaliya, birindən isə Uels qalib ayrılıb.

23:00. Portuqaliya - Uels

Baş hakim: Yonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenyus, Daniel Varnmark

Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)

Dördüncü hakim: Şimon Marçinyak (Polşa)

Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)

Lion. Şəhər stadionu

0
12