Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti

ABŞ dollarının bahalaşması neftin qiymətinə təsir göstərir.

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,16 dollar artaraq bir barelə görə 48,12 dollar olub.

Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar bahalaşaraq 46,71 dollar təşkil edib.

Qeyd edək ki, bahalaşmadan öncə neftin qiyməti sürətlə ucuzlaşıb. Bir çox analitiklər ucuzlaşmaya səbəb kimi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının qlobal iqtisadiyyata mənfi təsir göstərməsidir ki, bu da öz növbəsində neftə olan tələbatı azaldacaq.

Bununla yanaşı, ABŞ dolları yenidən möhkəmlənməyə başlayıb. Bu da neftin qiymətinə təsir göstərib.

0
10