FTB: Klinton “elektron poçt” işi üzrə təqsirsizdir

FTB: Klinton “elektron poçt” işi üzrə təqsirsizdir

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna faktiki namizəd  Hillari Klinton barəsində bir müddət əvvəl başlanan “elektron poçt” işi üzrə istintaqı başa çatdırıb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters”   FTB direktoru Ceyms Komiyə istinadən məlumat yayıb.

“ABŞ Ədliyyə Nazirliyi iş üzrə yekun qərar verəcək, lakin biz hesab edirik ki, qeyd olunan  məsələ ilə bağlı bütün iddialar yersizdir”, - deyə qurum direktoru qeyd edib.

Onun sözlərinə görə, heç bir dərrakəli prokuror Klintona qarşı ittiham irəli sürməyəcək.

Qeyd edək ki, iddiaya əsasən,  Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən özünə məxsus şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb.  FTB faktla bağlı ilkin istintaq aparıb.

Xatırladaq ki, Hillari Klinton iyulun 2-də Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən “elektron poçt işi” üzrə 3,5 saat dindirilib.

0
9