Obama: “Klintonun prezidenti olmasını istəyirəm"

Obama: “Klintonun prezidenti olmasını istəyirəm"

Hillari Klinton vaxtilə çox yaxşı dövlət katibi olub,  mən onun o cür də dövlət başçısı olacağına tam əminəm.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama  Klintonun Şarlott şəhərində (Şimali Karolina ştatı) keçirdiyi seçkiqabağı mitinqində çıxışı zamanı bildirib.

“Mən ona görə buradayam ki, Hillari Klintona inanıram və onun ABŞ-ın növbəti prezidenti olmasını istəyirəm”, - deyə Obama bildirib.

 “Klinton əla dövlət katibi olub. Bu tək mənim şəxsi fikrim deyil – bu bütün Amerika xalqının mövqeyidir. Onun dövrümdə siyasi maşın irəliləməyə başladı. O çox yaxşı işlər gördü. Seçicilər aydın seçim etməli olacaqlar – “Amerika bəzilərinindir” və ya “Amerika hamınındır”. Klinton Amerikanın gələcəyi üçün çalışacaq”, - deyə Obama əminliyini ifadə edib.

Qeyd edək ki, prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

0
17