Çempiondan vitse-çempiona 4 zərbə

Çempiondan vitse-çempiona 4 zərbə

Avstriyada təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan çempion “Qarabağ” bu gün yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar “Zirə”ylə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Qurban Qurbanovun yetirmələrinin böyükhesablı qələbəsi ilə nəticələnib.

“Köhlən atlar” ötən mövsümün gümüş mükafatçısını 4:0 hesabı ilə darmadağın edib.

Matçın  qollarına Reynaldo (3) və Dani Kintana imza atıblar.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.

Yoxlama oyunu

5 iyul

“Qarabağ” – “Zirə” – 4:0

Qollar: Reynaldo, 37, 59, 87, Kintana, 89

0
15