Bir gündə 4,5 min miqrant xilas olundu

Bir gündə 4,5 min miqrant xilas olundu

Aralıq dənizində son bir sutkada Şimali Afrikadan Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 4,5 minədək miqrant xilas olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Məlumata görə, gün ərzində həyata keçirilmiş 30-dək xilasetmə əməliyyatına İtaliyanın hərbi-dəniz qüvvələri, sahil mühafizə xidməti, həmçinin Aİ Sərhədlərinə Nəzarət Agentliyinin  (Fronteks) canlı qüvvə və vasitələri cəlb olunub.   

İtaliyanın sahil mühafizə xidmətinə məxsus “Diciotti”gəmisi bir gün ərzində 1104 qaçqını xilas edib.  

0
15