Türkiyə və Qazaxıstan əməkdaşlığı genişləndirir

Türkiyə və Qazaxıstan əməkdaşlığı genişləndirir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı iki ölkə arasındakı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

“Söhbət zamanı iki ölkə lideri iqtisadi-ticarət və investisiya sahələrində əməkdaşlığın sürətləndirilməsini müzakirə ediblər”, - deyə məlumatda bildirib.

Ərdoğan etibarlı dialoqun və ikitərəfli münasibətlərin bütün kompleksinin genişləndirilməsi üzrə birgə işin davam etdirilməsinə  hazır olduğunu qeyd edib.  

0
11