“Neftçi” azarkeşləri matça pulsuz gedəcəklər

“Neftçi” azarkeşləri matça pulsuz gedəcəklər

“Neftçi” Uber ilə əməkdaşlığa başlayıb. Apasport.az saytının məlumatına görə, bundan sonra "Neftçi”nin bütün ev oyunlarında azarkeşlər 10 AZN-ə qədər pulsuz taksi xidmətindən yararlana biləcəklər.

İyulun 7-sində keçiriləcək “Neftçi” – “Baltsan” matçına yollanmaq üçün azarkeşlərə sadəcə Uber proqramını mobil telefona yükləyib, qeydiyyatdan keçmək və promo kodu #NEFTCHI1937 daxil etmək lazım olacaq.

Sifarişlər yalnız şəhərdaxili ərazilərdən qəbul olunur. Gələcəkdə sifarişlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

* Promo Kodlar yalnız yeni Uber istifadəçiləri üçün nəzərdə tutulub.

NeftçiVİP üzvlük kartının sahibləri #NEFTCHIVIP promo kodunu, NeftçiElit üzvlük kartının sahibləri isə #NEFTCHIELİT promo kodunu daxil etməlidirlər.

Qeyd edək ki, beynəlxalq şirkət olan Uber dünyanın bir sıra məşhur futbol klubları ilə əməkdaşlıq edir. Onlar arasında Türkiyənin “Qalatasaray” klubu da var. Azərbaycanda isə “Neftçi” Uber-lə əməkdaşlığa başlayan ilk klubdur.

0
18