Türkiyə 11 rusiyalını terrorda ittiham etdi

Türkiyə 11 rusiyalını terrorda ittiham etdi

Ərdoğan bəyan edib ki, terror aktında Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşlarının əli var.

İstanbul prokurorluğu Atatürk hava limanında törədilən terror aktında şübhəli bilinən on yeddi şəxsə qarşı ittiham irəli sürüb.

Bu barədə Oxu.Az DHA agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, ittiham olunan şəxslərdən on biri Rusiya və altısı Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, Atatürk aeroportunun giriş və çıxışında, eləcə də avtomobil dayanacağında törədilən partlayışlar zamanı 44 nəfər ölüb, daha 239 nəfər isə yaralanıb.

Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, terror aktında Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşlarının əli var. Ümumilikdə 30 nəfər saxlanılıb.

0
14