Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Qəza zamanı helikopterdə 10 nəfər olub.

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri ölkənin şimal-şərqində, Giresun vilayətində qəzaya uğrayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunur ki, qəza zamanı helikopterdə 10 nəfər olub. Onlar arasında vilayət jandarmeriyasının rəisi Mustafa Doğru da var. Hadisə yerinə xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

0
13