Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya düşüb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, helikopter Giresunun Alıcılar mahalının Toxumluq kəndində düşüb. İçində komandirlərin də olduğu 11 hərbçinin helikopterlə Giresunda şəhid ailəsini ziyarətə getdiyi deyilir.

Qəza zamanı helikopterdə olanlardan 1-nin şəhid olduğu, 2-nin vəziyyətinin isə ağır yaralı olduğu deyilir. Yerdə qalanların axtarışı davam etdirilir.

Qeyd edək ki, qəzaya səbəb havadakı duman olub.  Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım maşınları sövq edilib.

0
11