Türkiyədə göyərtəsində jandarma rəisinin olduğu helikopter qəzaya düşdü

Türkiyədə göyərtəsində jandarma rəisinin olduğu helikopter qəzaya düşdü

Türkiyənin Giresun əyalətində göyərtəsində 10 nəfərin olduğu Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, helikopterin göyərtəsində əyalətin jandarma rəisi Mustafa Doğru daxil olmaqla 10 nəfər olub.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

0
15