İranda güclü partlayış 13 nəfərin həyatına son qoydu

İranda güclü partlayış 13 nəfərin həyatına son qoydu

Hadisə Qərbi Azərbaycan vilayətində baş verib.

İranda qaz balonunun partlaması nəticəsində 13 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, hadisə İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığındakı Şorik yaşayış məntəqəsində baş verib.

Partlayışın qızdırıcı sistemdən qaz sızması nəticəsində baş verdiyi bildirilir.

Xəsarət alanlar Təbriz, Urmiya, Tehran və İsfahandakı xəstəxanalara yerləşdirilib.

İranın “Tasnim” agentliyi bildirir ki, zərərçəkənlərin sayının çox olmasının səbəbi yanğınsöndürənlərin hadisə yerinə gec gəlməsi, habelə Xoy şəhərindəki tibb məntəqələrində müvafiq şöbələrin olmaması ilə bağlı olub.

0
8