Ukraynada ilk dəfə azərbaycanlı icra başçısı təyin edildi

Ukraynada ilk dəfə azərbaycanlı icra başçısı təyin edildi

Poroşenko sərəncam imzaladı.

Ukraynada prezident Pyotr Poroşenkonun sərəncamı ilk dəfə olaraq azərbaycanlı rayon icra başçısı təyin edilib.

Oxu.Az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, prezidentin sərəncamı ilə əslən Azərbaycandan olan, 1963-cü il təvəllüdlü Kamandar İsgəndər oğlu Bayramov Poltava vilayəti Velikobaqaçanski rayonunun icra başçısı təyin edilib.
 
Buna qədər Ukraynada azərbaycanlı rayon icra başçısı olmayıb.
 
K. Bayramov 1990-cı ildən Ukrayna vətəndaşıdır və Luqansk vilayətində bir sıra vəzifələrdə çalışıb. 2002-2006-cı illərdə Luqansk vilayət Radasının (parlament) yeganə azərbaycanlı deputatı olub. K. Bayramov Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin üzvüdür, diaspor fəalıdır.
 
Hazırda Poltava vilayət Radasında da azərbaycanlı deputat var. Bu iş adamı Fəxrəddin Muxtarovdur.

0
30