Rusiyada azərbaycanlı iş adamının meyiti tapıldı

Rusiyada azərbaycanlı iş adamının meyiti tapıldı

Onun ölüm səbəbi polis tərəfindən araşdırılır.

Rusiyanın Saratov şəhərində azərbaycanlı iş adamı, Azərbaycanın vilayət üzrə diaspor fəalının qardaşının meyiti tapılıb.

Oxu.Az xəbər verir ki,Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, müavini Məzahir Əliyevin qardaşı, 1956-cı il təvəllüdlü iş adamı Rahib Əliyevin meyiti iyulun 3-də evində asılmış vəziyyətdə aşkarlanıb.

İş adamının ölüm səbəbi polis tərəfindən araşdırılır.

Onun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Ucar rayonunda ötən gün dəfn olunub.

0
25