İraqın daxili işlər naziri istefa verib

İraqın daxili işlər naziri istefa verib

İraqın daxili işlər naziri Salem əl-Qabban istefa vermək qərarına gəlib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, nazir Bağdadda törədilmiş qanlı terror hücumundan sonra postundan gedib.

Xatırladaq ki, iyunun 28-də İŞİD terrorçuları İraq paytaxtında iki terror aktı törədib, nəticədə 200-dən çox insan həyatını itirib.

0
10