“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyasının növbəti qalibləri müəyyən oldu

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyasının növbəti qalibləri müəyyən oldu

İyul ayının 5-də ASC “Xalq” Bankı plastik kart sahibi olan müştərilərinin iştirakı ilə “Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyasının dördüncü uduşunu keçirdi.

Tiraj komissiyasının üzvlərinin nəzarəti ilə keçirilən uduşda 98530 bilet iştirak edirdi ki, bu da üçüncü tirajda iştirak edən biletlərin sayından 45% çoxdur.

Uduşda iyun ayı ərzində 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri iştirak etdi.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” stimullaşdırıcı lotereyanın dördüncü uduşunda bilet №14501473 - Əhmədov İbrahim Cəmil oğlu; bilet №14552235 - Həsənzadə Cavid Elçin oğlu və bilet №14525695 - Əliyev Ziyəddin İsmayıl oğlu qalib gəldi. Uduşun qalibləri Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) əldə etdilər. Kuponlar qalibə verildiyi andan 2 ay müddətində etibarlıdır.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixədək davam edəcək. Növbəti tiraj avqust ayının 5-də baş tutacaq. Bu tirajda iyul ayının 1-dən 31-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilər.

Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.

0
12