Azərbaycanda fond bazarına maraq azalıb

Azərbaycanda fond bazarına maraq azalıb

Dövlət qiymətli kağızlar bazarı 14,8 dəfə artsa da, pay bazarında 21,2 dəfə enmə müşahidə olunub.

Cari ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB)bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1856417131,09 manat olub.

Oxu.Azxəbər verir ki,ötən ilin müvafiq dövrü ilə müqayisədə BFB-da kəskin azalma (-3,7 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 6787414868,14 manat olub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 14,8 dəfə artaraq 17459725,71 manatdan 259173678,91 manata çatıb.

Pay bazarı isə21,2 dəfə azalaraq 136802912,08 manatdan 6456656,27 manata, borc alətləri bazarı 32,7 dəfə azalaraq 1240700392,15 manatdan 37960422,84 manata enib.

0
17