Hemilton “Bakı” hotelindəki nömrəsini dağıdıb

Hemilton “Bakı” hotelindəki nömrəsini dağıdıb

Lyuis Hemilton bəyan edib ki, Niko Rosberq ilə “təəccübləndirəcək qədər” yaxşı münasibəti var.

Amma “Mercedes” komandasının icraçı direktoru Niki Lauda “Servus TV”-yə verdiyi müsahibəsində bunun belə olmadığın bildirib.

Oxu.Az f1news.ru-ya istinadən xəbər verir ki,həqiqətən də, Hemilton məlubiyyətə görə əsəb keçirir.

“Lyuis deyir ki, Niko ilə münasibətləri yaxşıdır, amma bu belə deyil.Riosberq irəli keçdikcə, Lyuis bir o qədər qəzəblənir. Bakıda təsnifatda divara dəydikdən sonra hotel nömrəsini necə dağıtdığını görmüşdüm. Doğrudur, sonradanhər şeyin pulunu özü ödədi”, - Niki Lauda bildirib.

0
14