Svetlana Babayeva “Gazeta.ru”nun baş redaktoru vəzifəsindən getdi

Svetlana Babayeva “Gazeta.ru”nun baş redaktoru vəzifəsindən getdi

Onun baş redaktor olduğu zaman ərzində resursun auditoriyası iki dəfədən çox artıb.

Svetlana Babayeva müqavilənin müddəti bitdiyi üçün “Gazeta.ru”nun baş redaktoru vəzifəsindən gedir.

Oxu.Az Lenta.ru-ya istinadənxəbər verir ki, bu barədə “Rambler&Co” holdinqininpress-relizində deyilir.

Babayeva “Gazeta.ru”nunredaksiyasına son üç il ərzində rəhbərlik edib. Onun rəhbərliyi altında nəşr dizaynını dəyişib və yenidən işə başlayıb.

“Rambler&Co” holdinqinin məlumatına görə, Babayevanın baş redaktor olduğu zaman ərzində resursun auditoriyası, o cümlədən də sosial şəbəkələrdə iki dəfədən çox artıb.

Babayeva 2013-cü ilin sentyabrında “Gazeta.ru”nun baş redaktoru təyin edilib. Buna qədər o, “Moskovskie novosti” qəzetinin baş redaktorunun müavini, RİA Novosti-nin Vaşinqton və London şöbələrinə, eləcə də “İzvestiya” qəzetinin siyasi şöbəsinə rəhbərlik edib.

0
24