DJ Vugarixx-in yeni klipi - "Payız gəldi"

DJ Vugarixx-in yeni klipi - "Payız gəldi"

Klassik Azərbaycan filmlərindəki dialoqları və keçmiş musiqilərimizi müasir stildə və özünəməxsus bir şəkildə hazırlamağı sevən DJ Vugarixx daha bir klipini təqdim edib. Bu dəfə üzərində iş gedən mahnı - sözləri Fikrət Qocaya, musiqisi isə Emin Sabitoğluna məxsus olan məşhur "Payız gəldi" mahnısı olub. Sıfırdan yazılan yeni musiqi, yeni vokal, hətta mahnını sözlərindəki bəzi xırda dəyişikliklər bu mahnını tam yeni bir obraza gətirib.

Çəkilişləri Bakının bir neçə ətraf kəndində baş tutan klipdə rejissor işini Vüsal Həsən (Gala Media Group) öz üzərinə götürüb. Baş rolda foto-model Yulia Pokrovskayanın çəkildiyi bu klip insanın axtarışları mövzusundadır. Mahnının vokalı isə hamının "Böyük Səhnə" proyektindən tanıdığı Tomris adlı ifaçı tərəfindən səsləndirilib.

0
25