Lənkəranda uşaq xəstəxanada ölüb

Lənkəranda uşaq xəstəxanada ölüb

Körpənin meyiti ailəsinə verilib.

Lənkəranda uşaq ölümü baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) qeydə alınıb.

Rayonun Ləj kəndinin sakini, 1 yaş 4 aylıq Əli Aqil oğlu Rəhimov səhər saat 05.00 radələrində ağır vəziyyətdə xəstəxananın uşaq xəstəlikləri şöbəsinə gətirilib.

Körpəyə müvafiq tibbi yardımlar göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Xəstəxanaya daxil olandan 3 saat sonra o, dünyasını dəyişib.

Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Burada o, xarici müayinədən sonra ailəsinə verilib.

Lənkəran RMX-dan bildirilib ki, Ə. Rəhimov kəskin respirator viruslu infeksiya, iki tərəfli bronxopnevmoniya, kəskin ağ ciyər ödəmi, kəskin ürək-damar, eləcə də 3-cü dərəcəli tənəffüs çatışmazlığı vəziyyətində daxil olub, onun xilas edilməsi üçün bütün lazımi tədbirlər görülüb. Lakin uşağı xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.

0
17