Rusiya Xəzərdə növbəti təlimlərə başladı

Rusiya Xəzərdə növbəti təlimlərə başladı

Təlimlərə 20-dən çox hərbi gəmi cəlb edilib.

Rusiyanın Hərbi Dəniz Qüvvələrinin 20-dən çox hərbi gəmisi taktiki təlimlər üçün dənizə çıxıblar.

Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki,bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətiməlumat yayıb.

“Təlimlərə 20-dən çox hərbi gəmi, o cümlədən də “Tatarıstan” raket gəmisi, “Uqliç” və “VelikiUstyuq” kiçik raket gəmiləri, “Volqodonsk” kiçik artilleriya gəmisi, “Stupinets” raket kateri, artilleriya katerləri, reyd, təxribat əleyhinə “P-351”, “Qarçonok” kateri, eləcə də hidroqrafik xidmət və yardımçı donanmanın gəmiləri cəlb edilib”, - məlumatda deyilir.

Heyətlər yüksək hərbi hazırlıq vəziyyətinə gətirilməni, eləcə də gəmilərin təcili şəkildə döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair tapşırıqlar yerinə yetiriblər.

0
9