Mehriban və zərif... təcavüzkar

Mehriban və zərif... təcavüzkar

“O, qurbanını qucaqlayaraq sakitləşdirməyə çalışıb”.

Dünən Moskva polisinə gənc qadın müraciət edərək təcavüzə uğradığını bildirib.

Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, zərərçəkənin sözlərinə görə, hadisə Şosseynaya küçəsindəki evin girişinin yaxınlığında baş verib, naməlum kişi qadınahücum edib, kolların arasına çəkib və təcavüz edib.

“Cinayətkar qadını evin həyətində zorlayıb, daha sonra isə ona heç kimin zərər verməməsi üçün evə ötürüb. Bundanbaşqa o, qurbanını qucaqlayaraq sakitləşdirməyə çalışıb”, - life-a hüquq-mühafizə orqanlarında danışıblar.

Qadın ona hücum edən kişini əvvəllər tanımadığını bildirib. Bundan başqa oəlavə edib ki, təcavüzkar özünü Vasili kimi təqdim edib və ona ehtiyatlı olmağı tapşırıb.

Zorlama faktıüzrə RusiyaLyublinsk rayonu üzrə İstintaq Komitəsişöbəsinin əməkdaşları cinayət işi açıblar. Zərərçəkənin sözləri əsasında hücum edən şəxsin fotorobotu yaradılıb.

0
14