Tarixçi: Şekspir gizli müsəlman olub – VİDEO

Tarixçi: Şekspir gizli müsəlman olub – VİDEO

O, İngiltərədə həmin adda insanın dünyaya gəlmədiyini deyib.

Türkiyəli tarixçi Kadir Mısıroğlu dünyaca məşhur ingilis yazıçısı Uilyam Şekspirin (William Shakespeare) əsl adının “Şeyx Pir” olduğunu iddia edərək onun gizli müsəlman olduğunu deyib.

Oxu.Az xəbər verir ki, Bəyaz Tv-də yayımlanan “Ramazan söhbətləri” proqramına qatılan K.Mısıroğlu Şekspirin ingilis olmadığını söyləyib:

“Şekspir ingilis deyildi. İngiltərədə bu adda adam dünyaya gəlməyib. Şekspirin əsl adı Şeyx Pirdir. O, gizli müsəlman olub. Onun 500 il əvvəl yazdığı bir əsəri bu gün ingilis bir uşaq oxuyarsa, indi yazılıbmış kimi anlayar”.

Artıq üç əsrdir ki, dahi Uilyam Şekspirin əslində kim olması barədə mübahisələr səngimək bilmir.

0
15