Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Əlaqələndirmə Şurasının 25-ci iclası keçirilib

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Əlaqələndirmə Şurasının 25-ci iclası keçirilib

Tədbirdə Ziya Məmmədov iştirak edib.

04 iyul 2016-c il tarixində Nəqliyyat Nazirliyində Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin Əlaqələndirmə Şurasının 25-ci iclası keçirilib.

Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan tərəfdən Nəqliyyat naziri cənab Ziya Məmmədovun, Gürcüstan tərəfdən isə Baş nazirin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri cənab Dmitri Kumisişvilinin rəhbərliyi ilə keçirilən görüşdə BTQ-nin Marabda-Kartsaxi hissəsinin inşası və yenidən qurulması məsələləri, həmçinin beynəlxalq əhəmiyyətli bu layihənin tikintisi ilə bağlı mövcud vəziyyət, Şuranın 24 cü iclasında qəbul olunmuş qərarların icrası və digər məsələlər ətrafında genis fikir mübadiləsi aparılıb.

Tədbir zamanı dəmir yolu bağlantısı üzrə görülən işlərin gedişatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Müzakirələrdə İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi və digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

0
25