Murad Dadaşov: Yeni mövsümdə dünya formatlı layihə təqdim edəcəyəm

Murad Dadaşov: Yeni mövsümdə dünya formatlı layihə təqdim edəcəyəm

Proqram xarici mütəxəssislərlə birgə həyata keçiriləcək.

Əməkdarartist, aparıcı, teleprodüser, aktyor Murad Dadaşov payız aylarında bir neçə yeni televiziya layihəsi ilə efirə qayıdacaq.

M.Dadaşov Oxu.Az-a müsahibəsində bir müddət efirdə yeni verilişlər təqdim edə bilməməsinin səbəbinin devalvasiya ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda durğunluq aradan qalxıb, reklamçılar fəallaşıb vəartıq yeni telelayihələrin yayımlanması ilə əlaqədar danışıqlara başlanılıb.

“Bir neçə telekanalla razılaşma əldə etmişik. Payız aylarında həmin televiziyalarda yeni verilişlər yaymlanacaq. Onlardan biri pul ilə bağlı tele-oyundur. Bu, dünya formatlı layihədir, artıq lisenziyanı almışıq. Proqramı xarici mütəxəssislərlə birgəhəyata keçirəcəyik. Verilişin aparıcısı özüm olacağam.Digərləri isə gecə şousu, tele-şoulardır”.

Tanınmış aparıcı “Mərc şou”nun yeni formatda ekrana qayıdacağını da vurğulayıb:

“İllərdir sevilən və tələbatlı olan “Mərc şou” ailə formatında yenidən ekranda olacaq. Veriliş bazar günü 2 saat davam edəcək. Proqramı təqdim etmək üçün yeni aparcılar dəvət edəcəyəm”.

Qeyd edək ki, M.Dadaşov iyulun 9-u və 10-da Bakıda keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalında da iştirak edəcək.

Aytən Sadıqzadə

0
36