Kiarostami öldü

Kiarostami öldü

Məşhur İran rejissoru Abbas Kiarostami dünyasını dəyişib.

APA-nın məlumatına görə, 76 yaşlı rejissor Parisdə vəfat edib. Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor bir neçə dəfə əməliyyat olunmuşdu.

Abbas Kiarostami 1940-cı ildə Tehranda doğulub. 1970-ci ildən rejissor karyerasına başlayıb və 40-dan çox film çəkib. A. Kirostami 1997-ci ildə “Albalı dadı” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb. Onun “Albalı dadı”, “Dostumun evi haradadır”, “Zeytun ağacları altında” və s filmləri İran kino tarixinin ən yaxşı filmləri hesab olunur.

A. Kiarostami 1979-cu ildə İslam inqilabının sonra Qərbə mühacirətə getməyən azsaylı kino xadimlərindən biri idi.

0
13