Məşhur iranlı rejissor vəfat etdi

Məşhur iranlı rejissor vəfat etdi

O, “Qızıl palma budağı”na layiq görülüb.

Dünyaca məşhur iranlı kinorejissor Abbas Kiarostami 76 yaşında Fransada dünyasını dəyişib.

Oxu.Az bu barədə xarici mətbuata istinadənxəbər verir.

Mart ayında xərçəng diaqnozu qoyulan Kiarostami Parisdə müalicə olunurdu.

Rejissor 1979-cu ildə İslam inqilabından sonra ölkəni tərk etməyərək 40-dan çox film ərsəyə gətirib. Son iki filmini isə İtaliya və Yaponiyada lentə alıb.

O, 1997-ci ildə “Albalı dadı” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb. Bu, festival tarixi ərzində belə yüksək mükafata layiq görülmüş ilk İran filmi idi.

1999-cu ildə isə Kiorostami Venesiya kinofestivalının birdən-birə 4 mükafatını qazanıb. Onların sırasında münsiflər heyətinin xüsusi mükafatı da olub.

Aytən Sadıqzadə

0
22