Azərbaycan Monteneqroya 175 milyon avro verəcək

Azərbaycan Monteneqroya 175 milyon avro verəcək

Rəsmi Bakının ayıracağı kreditlə Veriqe boğazında körpü tikiləcək.

Azərbaycan Monteneqro hökumətinə kredit verməyə hazırlaşır.

Oxu.Az APA-ya istinadənxəbər verir ki, vəsaitin Veriqe boğazı üzərindən körpünün tikintisinə sərf olunacağı gözlənilir.

Kreditin məbləği 175 mln. avro, müddəti isə 15 il təşkil edir. Gözlənilir ki, vəsait “Monteput”dövlət müəssisəsinə ayrılacaq.

Məsələ iki ölkənin ekspertləri səviyyəsində müzakirə olunacaq.

0
7