Poroşenkonun Bakı səfərinin vaxtı açıqlandı

Poroşenkonun Bakı səfərinin vaxtı açıqlandı

Ukrayna nümayəndə heyətinin tam tərkibi səfərdən bir gün öncə məlum olacaq.

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfərə gələcək.

Oxu.Az xəbər verir ki, bu barədə haqqın.az portalı Kiyevdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Poroşenko 14-16 iyul tarixlərində Azərbaycana səfər edəcək. Bu ərəfədə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Ukrayna nümayəndə heyətinin tam tərkibi səfərdən bir gün öncə məlum olacaq. Lakin artıq bir şey bəllidir ki, bu yaxınlarda ölkəmizdə səfərdə olan Ukrayna Prezident Aparatının rəhbəri Boris Lojkin yenidən Azərbaycana gələcək.

0
19