Terrorçu-kamikadaze özünü polis bölməsində partlatdı

Terrorçu-kamikadaze özünü polis bölməsində partlatdı

İndoneziyanın Surakarta şəhərində terrorçu-kamikadze polis bölməsinə hücum edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, motosikletlə bölmənin ərazisinə daxil olan terrorçu özünü partladıb. Hadisə nəticəsində bir asayiş keşikçisi yaralanıb.

Xatırladaq ki, yanvar ayında İndoneziyada baş vermiş terror aktı nəticəsində 4 nəfər ölüb. Paytaxt Cakartada törədilən silsilə partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

0
16