Manat avro və rubla nisbətdə bahalaşıb

Manat avro və rubla nisbətdə bahalaşıb

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə artıq 5 gündür ki, dollar-manat münasibətləri sabitdir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-averilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların manata qarşı məzənnəsi iyul ayının 4-ü ilə müqayisədə sabit qalaraq 1,5425 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,01% zəifləyərək 1,7160 manat olub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,41% azalaraq 0,0241 manat olub.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,43% zəifləyərək 0,5301 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0433 manatdır. Beləliklə, funt sterlinq manata qarşı 0,27%-lik ucuzlaşma nümayiş etdirib.

0
18