İstirahət günü üçün xoş hava proqnozlaşdırlır

İstirahət günü üçün xoş hava proqnozlaşdırlır

Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə,  cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
 

0
21