İstanbulda daha 17 nəfər tutuldu

İstanbulda daha 17 nəfər tutuldu

İstanbulun Atatürk  Beynəlxalq Hava Limanında terror aktının törədilməsində iştirak etməkdə şübhəli bilinən daha 17 nəfər saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 11-nin əcnəbi vətəndaşlar olduğu bildirilir.

Bundan əvvəl keçirilən əməliyyat zamanı 3-ü xarici vətəndaş olmaqla 13 nəfər saxlanılmışdı.

Xatırladaq ki, İstanbulun Atatürk Hava Limanında üç kamikadzenin törətdiyi terror  aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

0
17