Əri ilə ayrılmasın deyə Ancelina Coli kökəldi

Əri ilə ayrılmasın deyə Ancelina Coli kökəldi

Məşhur aktrisa Ancelina Coli tənqidlərdən nəticə çıxararaq kökəlib.

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, aktrisa əri Bred Pit ilə münasibətlərini yaxşılaşdırmaq üçün çəkisini artırıb.

Məlumata görə, aktrisa son günlər daha canlı və yaxşı görünür. Bir müddət əvvəl, Ancelina Coli və Bred Pitt arasında anlaşılmazlıq yaşanıb. Colinin sürətlə arıqlaması onun pərəstişkarlarını narahat edib. Aktrisanın arıqlaması həyat yoldaşı Bred Pitti də qəzəbləndirib.

Hətta aktyor həyat yoldaşını qarşısına şərt qoyub. O, Coli yemək yeməsə, boşanacaqlarını deyib. Bir müddət əvvəl dünya şöhrətli aktrisa Ancelina Coli xəstəxanaya yerləşdirilib. Aktrisanın arıqlaması kritik həddə çatıb. Onun çəkisi 35 kiloqrama düşüb.

0
28