Tanzaniyada dəhşətli avtobus qəzası: 30 ölü, 40 yaralı

Tanzaniyada dəhşətli avtobus qəzası: 30 ölü, 40 yaralı

Tanzaniyada dəhşətli yol qəzası baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin mərkəzi bölgəsində qarşı-qarşıya gələn iki sərnişin avtobusu toqquşub.

Hadisə nəticəsində 30 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusların hər birində 60 nəfərin olduğu bildirilir. Xəsarət alanların bir çoxunun vəziyyəti ağır olduğundan, ölənlərin sayı arta bilər.

Qəzanın başvermə səbəbləri bəlli deyil. Polis faktla bağlı araşdırma aparır.

0
15