Eks-prezident terrorçu elan edildi

Eks-prezident terrorçu elan edildi

Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib.

Lent.az-ın “virtualaz.org”-a istinadən xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqda qərarı rəsmi qəzetdə dərc olunub. Qərar 3 il müddətində qüvvədə qalacaq.

Bundan əlavə, "Müsəlman qardaşlar" (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib.

Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb.

0
12