Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış: 2 ölü

Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış: 2 ölü

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsində baş verdiyi təsdiqlənib. Terrorçu-kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir.

Bundan əvvəl, Qətif şəhərində məscid qarşısında terrorçu-kamikadze özünü partladıb.

0
19