Səudiyyə Ərəbistanında məsciddə güclü partlayış: ölənlər var

Səudiyyə Ərəbistanında məsciddə güclü partlayış: ölənlər var

Səudiyyə Ərəbistanının şərqində, Qətif şəhərində məsciddə güclü partlayış baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

İlkin məlumata görə, terrorçu-kamikadze məsciddə özünü partladıb. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, ötən gün Ciddə şəhərində ABŞ-ın Səudiyyə Ərəbistanındakı  konsulluğu qarşısında özünü partlatmaq istəyən terrorçu-kamikadze zərərsizləşdirilib.

0
19