Türkiyəli futbolçular dünya çempionu olub

Türkiyəli futbolçular dünya çempionu olub

Türkiyənin eşitmə qüsurlulardan ibarət futbol üzrə milli komandası dünya çempionu olub.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İtaliyada keçirilən çempionatınfinal qarşılaşmasında  türklər almanları 2-1 hesabı ilə məğlub edərək dünya çempionu adını qazanıb.

Türkiyə Futbol Federasiyası(TFF) dünya çempionu olan futbolçulara mükafat verməyib. Halbuki Türkiyənin futbol üzrə əsas milli komandası Avro 2016-da uğursuz çıxışına rəğmən hər bir futbolçuya 500 min avro mükafat verilmişdi. Dünya çempionu olan eşitmə qüsurlu futbolçulara mükafat verilməməsi ictimaiyyət tərəfindən narazılığa səbəb olub.  

Final qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş məşqçisi Ali Metin bildirib ki, məqsədləri bayrağı ən yuxarı zirvəyə çatdırmaq idi: “Futbolçularımın çoxu öz işlərindən icazə alaraq burada ölkələri üçün futbol oynadı. Çoxu işdən icazə aldığı üçün maaşları kəsiləcək. Bunlara baxmayaraq, onlar gəlib öz futbollarını oynayıb, birinci olmağı bacardılar”.

0
9